Ana içeriğe atla

Fəsəli Resepti

Tərkibi:
700 q un
50 q şəkər
20 qmaya
100 q ərinmiş yağ
5 q duz

Hazırlanması:
Qeyd: Burada ərinmiş yağ əvəzinə cızdaq da işlədilə bilər.

Ələnmiş una maya, su və duz vurulub bərk xəmir yoğrulur. Həmin xəmir qalxsın deyə 1.5-2 saat ərzində isti yerdə 30-35 C tempraturda saxlanılır. Sonra xəmir övkələnərək kündələrə bölünür və 0.5 mm qalınlığında yayılır. Xəmirin üzünə yağ sürtülüb 5-6 qat bir birinin üstünə salınır və düzbucaq formasında kəsilərək bundan dürmək burulur. Həmin dürmək vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1.5-2 sm girdə kökəcik (fəsəli) şəklinə salınır. Sonra fəsəli hər iki tərəfdən tavada yağ içində qızardılır.

Fəsəli süfrəyə verilən zaman yanına bal qoyulur, ya da üzərinə qənd pudrası səpilir. Fəsəli həm isti həm də soyuq halda süfrəyə verilə bilər.

Nuş olsun!

Yorumlar

Bu blogdaki popüler yayınlar

İspanaqlı Gül Börəyi Resepti

Tərkibi: İspanaqlı içlik üçün: 5 xörək qaşığı zeytun yağı 1 baş soğan, soyulmuş və doğranmış (çox da xırda yox) Təqribən 400 qram körpə ispanaq yarpaqları, yaxşıca yuyulmuş, qurudulmuş və iri doğranmış Duz və istiot Qatıqlı qarışıq üçün: 2 stəkan qatıq 3/4 stəkan zeytun yağı 1 yumurta + 1 yumurta ağı (sarısı üstünə çəkmək üçündür) Qatlar üçün: 3 iri yuxa (1 paketdə adətən 3-5 türk yuxası olur, adi nazik yuxadan da istifadə bilərsiniz) Üstü üçün: 1 yumrta sarısı Çörəkotu, yaxud küncüt Hazırlanması: İçliyi hazırlayın:  İri tavada zeytun yağını qızdırın. Soğan əlavə edib vaxtaşırı qarışdıraraq, rəngi dəyişməyə başlayanadək, təxminən 10 dəqiqə bişirin. İspanaq yarpaqlarını əlavə edin, təqribən 10 dəqiqə, vaxtaşırı qarışdıraraq bişirin. Suyu tamamilə buxarlanmalı, yalnız yağ qalmalı. Duz və istiot vurun. Odun üstündən götürüb kənara qoyun. Qatıqlı məhlulu hazırlayın:   Orta boylu dərin qabda qatıq qarışımı üçün olan bütün ərzaqları qarışdırın. Yaxşı qarışması...

Hamburger Çörəyi

Salam bu günləri sizlərə hamburger çörəyinin  hazırlanılmasını göstərəcəm Resept iki mərhələlidir İlk olaraq(Başlanğıc Xəmir) -1 st un -Yarım st su -Qaşığın ucu qədər maya İkinci Mərhələ(Əsas Xəmir) • Başlanğıc xəmir • 3 1/2 st. un • 1 st. + 2 x.q. su • 1 ç.q. aktiv maya • 2 x.q. quru süd • 2 x.q şəkər tozu • 1 ç.q. duz • 45 qr. kərə yağı (otaq temperaturunda) • 1 yumurtanın sarısı • Azacıq küncüt və ya xaşxaş və ya çörəkotu Hazırlanması Bişirməyi planladığınızdan 12 saat əvvəl 1 st. unla yarım stəkan suyu və mayanı qarışdırıb xəmir əldə edin. Xəmiri ağzı bağlanan qaba qoyuruq və ya başqa qaba qoyub yemək üçün istifadə olunan streç filmlə bağlayıb 12 saat otaq temperaturunda mayalanmağa qoyun. 12 saat sonra bir qabda maya, şəkər və suyu qarışdırın, bunu hazırladığınız başlanğıcın üzərinə töküb qarışdırın, mən bu prosesi mətbəx kombaynında edirəm, bu şəkildə çox rahat olur. Bu qarışımın üzərinə un, duz və quru südü əlavə edib xəmir yoğurun. Kərə yağını bu xəm...

Limonlu Cheesecake Resepti

Cheesecake Son günlər “cheesecake” ən çox sevilən şirniyyat növünə çevrilib. Artıq çoxu bol kalorili tort əvəzinə, daha az kalori ehtiva edən bu şirniyyat növünə üstünlük verir. Tərkibi: 2 paket biskvit 50 qram kərə yağı Kremi üçün: 400 qram labne pendiri 400 qram krem 2 ədəd yumurta 1 stəkan şəkər tozu 2 paket vanil 2 xörək qaşığı nişasta 2 xörək qaşığı un 1 ədəd limonun qabığı Limonlu sous üçün: 2 stəkan su 1 ədəd limonun qabığı və şirəsi 2 xörək qaşığı nişasta 6 xörək qaşığı şəkər tozu Qida boyası (çay qaşığının ucunda) Hazırlanması: Biskvitləri əzib toz halına salın. Üzərinə ərinmiş kərə yağını əlavə edin. Bir az yoğurun və keks qabına töküb əlinizlə bərkidin. Daha sonra soyuducuya qoyun. Kremi hazırlamağa başlayın. Labne pendiri ilə kremi qarışdırıb çalın. Üzərinə yumurtanı və şəkər tozunu əlavə edib çırpın. Sonda un, nişasta, sürtgəcdən keçirilmiş limon qabığı və vanil əlavə edin. Yaxşıca qarışdırıb soyuducudan çıxardığınız biskivitli...