Ana içeriğe atla

Hamburger Çörəyi

Salam bu günləri sizlərə hamburger çörəyinin  hazırlanılmasını göstərəcəm
Resept iki mərhələlidir
İlk olaraq(Başlanğıc Xəmir)
-1 st un
-Yarım st su
-Qaşığın ucu qədər maya
İkinci Mərhələ(Əsas Xəmir)
• Başlanğıc xəmir
• 3 1/2 st. un
• 1 st. + 2 x.q. su
• 1 ç.q. aktiv maya
• 2 x.q. quru süd
• 2 x.q şəkər tozu
• 1 ç.q. duz
• 45 qr. kərə yağı (otaq temperaturunda)
• 1 yumurtanın sarısı
• Azacıq küncüt və ya xaşxaş və ya çörəkotu
Hazırlanması
  1. Bişirməyi planladığınızdan 12 saat əvvəl 1 st. unla yarım stəkan suyu və mayanı qarışdırıb xəmir əldə edin. Xəmiri ağzı bağlanan qaba qoyuruq və ya başqa qaba qoyub yemək üçün istifadə olunan streç filmlə bağlayıb 12 saat otaq temperaturunda mayalanmağa qoyun.
  2. 12 saat sonra bir qabda maya, şəkər və suyu qarışdırın, bunu hazırladığınız başlanğıcın üzərinə töküb qarışdırın, mən bu prosesi mətbəx kombaynında edirəm, bu şəkildə çox rahat olur.
  3. Bu qarışımın üzərinə un, duz və quru südü əlavə edib xəmir yoğurun.
  4. Kərə yağını bu xəmirə hissə-hissə əlavə edib xəmiri təkrardan yoğurun, hər balaca hissə yağı əlavə edəndən sonra qarışdırın. Əks halda, yağ qarışmaya bilər. Yağın otaq temperaturunda olmasına xüsusi diqqət göstərin. Xəmiriniz gözəl, ələ yapışmayan alınmalıdır. Əgər, duru olduğunu fərq etdinizsə, azacıq un əlavə edin. Bucür xəmirlər qlüteni (buğdada olan zülal) çox unlardan əmələ gəlir. Belə unlara çörək üçün nəzərdə tutulmuş unlar aiddir. Təəssüf ki, bizdə bu ayrılma kifayət qədər yaxşı aparılmayıb. Yəni, biz istifadə etmədən hansı unun bu işə yaramasını bilə bilmirik. Əlinizdə belə bir imkan varsa, çörək üçün nəzərdə tutulmuş un seçin.
  5. Xəmiri bir saat mayalanmağa qoyun. Üzərini bağlamağı unutmayın. Bağlanmasa, bu tip xəmirlərin üzü quruyur.
  6. Sobanızı 200Cº qızmağa qoyun.
  7. Xəmiri tərəzinin varsa 70-80 qramlıq hissələrə bölün, yoxdursa təxminən eyni boyda 10-12 dənə hissə ayırın. Çox kiçik olanda hamburger çörəkləri eninə yox, hündürlüyə qalxır və burger üçün çox da yararlı formada olmur, ona görə 70 qr-dan az olmaması lazımdır. Onları yumurlayıb, yağlanmış və ya bişirmə kağızı sərilmiş soba qabının içinə düzün, çox yaxın olmamasına diqqət yetirin.
  8. 20 dəq. özünə gəlməsi və şişməsi üçün sobaya qoymadan gözləyin. Üzərilərini örtmək məsləhətdir, bunun üçün unlanmış streç film istifadə edə bilərsiniz.
  9. 20 dəqiqə sonra üzərinə yumurta sarısını çəkib, üstünə küncüt və ya xaşxaş və ya çörəkotu tökün. 
  10. 15-20 dəq. üzərləri qızarana kimi 200C°-də bişirin.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Limonlu Cheesecake Resepti

Cheesecake Son günlər “cheesecake” ən çox sevilən şirniyyat növünə çevrilib. Artıq çoxu bol kalorili tort əvəzinə, daha az kalori ehtiva edən bu şirniyyat növünə üstünlük verir. Tərkibi: 2 paket biskvit 50 qram kərə yağı Kremi üçün: 400 qram labne pendiri 400 qram krem 2 ədəd yumurta 1 stəkan şəkər tozu 2 paket vanil 2 xörək qaşığı nişasta 2 xörək qaşığı un 1 ədəd limonun qabığı Limonlu sous üçün: 2 stəkan su 1 ədəd limonun qabığı və şirəsi 2 xörək qaşığı nişasta 6 xörək qaşığı şəkər tozu Qida boyası (çay qaşığının ucunda) Hazırlanması: Biskvitləri əzib toz halına salın. Üzərinə ərinmiş kərə yağını əlavə edin. Bir az yoğurun və keks qabına töküb əlinizlə bərkidin. Daha sonra soyuducuya qoyun. Kremi hazırlamağa başlayın. Labne pendiri ilə kremi qarışdırıb çalın. Üzərinə yumurtanı və şəkər tozunu əlavə edib çırpın. Sonda un, nişasta, sürtgəcdən keçirilmiş limon qabığı və vanil əlavə edin. Yaxşıca qarışdırıb soyuducudan çıxardığınız biskivitli...

Şokoladlı Donut Resepti

Əziz xanımlar bugün sizə son zamanların çox məşhur şirniyyat növünə çevrilən  "Şokoladlı ponçik(donut)" reseptinı təqdim edəcəyik. Tərkibi: 1 stəkan ilıq süd 1 stəkan ilıq su 1 stəkan duru yağ 150 qr otaq temperaturunda yumuşadılmış marqarin və ya kərə yağı 1 stəkan şəkər tozu 1 çimdik duz 1 paket  maya apardığı qədər un Şokolad sousu üçün: yarım stəkan un yarım stəkan kakao 1 stəkan şəkər tozu 2 stəkan süd 2 xörək qaşığı duru  yağ Hazırlanması: Bir qabda maya, şəkər tozu və ilıq suyu qarışdıraraq, mayanı və şəkər tozunu əridin. Sonra yumşaq marqarini (kərə yağı da olar), maye yağı, südü və duzu töküb, az-az un əlavə edərək yoğurmağa başlayın. Qoğal xəmirinə bənzər  xəmir alınmalıdır. Xəmiri otaq temperaturunda 1 saat  mayalanmağa qoyun. Mayalanan xəmirdən bir kündə qoparıb, dəzgahın üzərinə un səpərək, oxlovla açın və su stəkanı və ya bir xəmir qəlibiylə kəsib, daha sonra kiçik bir qəliblə ortasını kəsərək,  dəlikli dairələr əl...