Ana içeriğe atla

İspanaqlı Gül Börəyi Resepti

Tərkibi:
İspanaqlı içlik üçün:

5 xörək qaşığı zeytun yağı
1 baş soğan, soyulmuş və doğranmış (çox da xırda yox)
Təqribən 400 qram körpə ispanaq yarpaqları, yaxşıca yuyulmuş, qurudulmuş və iri doğranmış
Duz və istiot

Qatıqlı qarışıq üçün:
2 stəkan qatıq
3/4 stəkan zeytun yağı
1 yumurta + 1 yumurta ağı (sarısı üstünə çəkmək üçündür)

Qatlar üçün:
3 iri yuxa (1 paketdə adətən 3-5 türk yuxası olur, adi nazik yuxadan da istifadə bilərsiniz)

Üstü üçün:
1 yumrta sarısı
Çörəkotu, yaxud küncüt

Hazırlanması:
İçliyi hazırlayın: İri tavada zeytun yağını qızdırın. Soğan əlavə edib vaxtaşırı qarışdıraraq, rəngi dəyişməyə başlayanadək, təxminən 10 dəqiqə bişirin. İspanaq yarpaqlarını əlavə edin, təqribən 10 dəqiqə, vaxtaşırı qarışdıraraq bişirin. Suyu tamamilə buxarlanmalı, yalnız yağ qalmalı. Duz və istiot vurun. Odun üstündən götürüb kənara qoyun.

Qatıqlı məhlulu hazırlayın: Orta boylu dərin qabda qatıq qarışımı üçün olan bütün ərzaqları qarışdırın. Yaxşı qarışması üçün qarışığı yüngülcə çalın. Kənara qoyun.

Sobanı hazırlayın: Sobanı 200 dərəcəyədək qızdırın.

Börəyi düzəldin: 33 x 23 x 5 sm ölçülü qabı azca yağlayın. Birinci yufkanı qaba elə döşəyin ki, kənarları qabdan çıxsın (daha yaxşı olar ki, kənara çıxan tərəflərdən biri o birindən böyük olsun ki, axırda bütün börəyin üstünü tam örtsün). Üstünə bərabər qaydada 5-6 xörək qaşığı qatıqlı qarışıqdan qoyun və yayın. İkinci yufkadan qabın içinə tam yerləşəcək qədər iri bir tikə kəsin. Və onu kənarda saxlayın.
Yufkanın qalan hissəsini isə əlinizlə büzüşdürərək üstü qatıqla isladılmış birinci yufkanın üzərinə yayın. Yenə də üstünə bir neçə xörək qaşığı qatıq qarışımı qoyub yayın. İndi isə içliyi bərabər qaydada bu qatın üzərinə yayın. İçliyin üstündən bir az əvvəl kəsib saxladığınız iri yufka tikəsini elə yerləşdirin ki, içliyin üstünü tamamilə örtsün. Bu qatın da üzərinə bir az qatıq qarışımı sürtün.
Sonuncu yufkanı da əlinizlə büzüşdürüb bu qatın üzərinə döşəyin. Əlimizdə olan qatıq qarışımından bir neçə qaşıq (börəyin üstü üçün) saxlamaqla qalan hissəsini bu qatın üzərinə sürtün. Qabdan sallanan yufka kənarlarını börəyin üzərinə gətirin və üstünü tam örtəcək şəkildə döşəyin.

Börəyin üstü tamamlayın: Yumurta sarısını qalan qatıq qarışığına əlavə edib qarışdırın. Hazırladığınız yumurtalı qarışığı börəyin üzərinə sürtün. Üzərinə küncüt, yaxud çörəkotu səpin.

Börəyi bişirin: Sobanın orta gözündə üzəri qızılı rəng alana qədər, 35-40 dəqiqə bişirin. Sobadan çıxarıb təxminən 15 dəqiqəliyinə soyumaq üçün kənara qoyun. 15 kvadrat hissəyə bölün. Süfrəyə vermək üçün bir buludun, yaxud iri boşqabın içinə yığın. Bu börək süfrəyə bir az ilıq halda veriləndə daha dadlı olur, amma tam soyumuş halda da gözəldir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Hamburger Çörəyi

Salam bu günləri sizlərə hamburger çörəyinin  hazırlanılmasını göstərəcəm Resept iki mərhələlidir İlk olaraq(Başlanğıc Xəmir) -1 st un -Yarım st su -Qaşığın ucu qədər maya İkinci Mərhələ(Əsas Xəmir) • Başlanğıc xəmir • 3 1/2 st. un • 1 st. + 2 x.q. su • 1 ç.q. aktiv maya • 2 x.q. quru süd • 2 x.q şəkər tozu • 1 ç.q. duz • 45 qr. kərə yağı (otaq temperaturunda) • 1 yumurtanın sarısı • Azacıq küncüt və ya xaşxaş və ya çörəkotu Hazırlanması Bişirməyi planladığınızdan 12 saat əvvəl 1 st. unla yarım stəkan suyu və mayanı qarışdırıb xəmir əldə edin. Xəmiri ağzı bağlanan qaba qoyuruq və ya başqa qaba qoyub yemək üçün istifadə olunan streç filmlə bağlayıb 12 saat otaq temperaturunda mayalanmağa qoyun. 12 saat sonra bir qabda maya, şəkər və suyu qarışdırın, bunu hazırladığınız başlanğıcın üzərinə töküb qarışdırın, mən bu prosesi mətbəx kombaynında edirəm, bu şəkildə çox rahat olur. Bu qarışımın üzərinə un, duz və quru südü əlavə edib xəmir yoğurun. Kərə yağını bu xəm...

Limonlu Cheesecake Resepti

Cheesecake Son günlər “cheesecake” ən çox sevilən şirniyyat növünə çevrilib. Artıq çoxu bol kalorili tort əvəzinə, daha az kalori ehtiva edən bu şirniyyat növünə üstünlük verir. Tərkibi: 2 paket biskvit 50 qram kərə yağı Kremi üçün: 400 qram labne pendiri 400 qram krem 2 ədəd yumurta 1 stəkan şəkər tozu 2 paket vanil 2 xörək qaşığı nişasta 2 xörək qaşığı un 1 ədəd limonun qabığı Limonlu sous üçün: 2 stəkan su 1 ədəd limonun qabığı və şirəsi 2 xörək qaşığı nişasta 6 xörək qaşığı şəkər tozu Qida boyası (çay qaşığının ucunda) Hazırlanması: Biskvitləri əzib toz halına salın. Üzərinə ərinmiş kərə yağını əlavə edin. Bir az yoğurun və keks qabına töküb əlinizlə bərkidin. Daha sonra soyuducuya qoyun. Kremi hazırlamağa başlayın. Labne pendiri ilə kremi qarışdırıb çalın. Üzərinə yumurtanı və şəkər tozunu əlavə edib çırpın. Sonda un, nişasta, sürtgəcdən keçirilmiş limon qabığı və vanil əlavə edin. Yaxşıca qarışdırıb soyuducudan çıxardığınız biskivitli...

Şokoladlı Donut Resepti

Əziz xanımlar bugün sizə son zamanların çox məşhur şirniyyat növünə çevrilən  "Şokoladlı ponçik(donut)" reseptinı təqdim edəcəyik. Tərkibi: 1 stəkan ilıq süd 1 stəkan ilıq su 1 stəkan duru yağ 150 qr otaq temperaturunda yumuşadılmış marqarin və ya kərə yağı 1 stəkan şəkər tozu 1 çimdik duz 1 paket  maya apardığı qədər un Şokolad sousu üçün: yarım stəkan un yarım stəkan kakao 1 stəkan şəkər tozu 2 stəkan süd 2 xörək qaşığı duru  yağ Hazırlanması: Bir qabda maya, şəkər tozu və ilıq suyu qarışdıraraq, mayanı və şəkər tozunu əridin. Sonra yumşaq marqarini (kərə yağı da olar), maye yağı, südü və duzu töküb, az-az un əlavə edərək yoğurmağa başlayın. Qoğal xəmirinə bənzər  xəmir alınmalıdır. Xəmiri otaq temperaturunda 1 saat  mayalanmağa qoyun. Mayalanan xəmirdən bir kündə qoparıb, dəzgahın üzərinə un səpərək, oxlovla açın və su stəkanı və ya bir xəmir qəlibiylə kəsib, daha sonra kiçik bir qəliblə ortasını kəsərək,  dəlikli dairələr əl...