Ana içeriğe atla

Kayıtlar

Mayıs, 2020 tarihine ait yayınlar gösteriliyor

Fəsəli Resepti

Tərkibi: 700 q un 50 q şəkər 20 qmaya 100 q ərinmiş yağ 5 q duz Hazırlanması: Qeyd: Burada ərinmiş yağ əvəzinə cızdaq da işlədilə bilər. Ələnmiş una maya, su və duz vurulub bərk xəmir yoğrulur. Həmin xəmir qalxsın deyə 1.5-2 saat ərzində isti yerdə 30-35 C tempraturda saxlanılır. Sonra xəmir övkələnərək kündələrə bölünür və 0.5 mm qalınlığında yayılır. Xəmirin üzünə yağ sürtülüb 5-6 qat bir birinin üstünə salınır və düzbucaq formasında kəsilərək bundan dürmək burulur. Həmin dürmək vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1.5-2 sm girdə kökəcik (fəsəli) şəklinə salınır. Sonra fəsəli hər iki tərəfdən tavada yağ içində qızardılır. Fəsəli süfrəyə verilən zaman yanına bal qoyulur, ya da üzərinə qənd pudrası səpilir. Fəsəli həm isti həm də soyuq halda süfrəyə verilə bilər. Nuş olsun!

Limonlu Cheesecake Resepti

Cheesecake Son günlər “cheesecake” ən çox sevilən şirniyyat növünə çevrilib. Artıq çoxu bol kalorili tort əvəzinə, daha az kalori ehtiva edən bu şirniyyat növünə üstünlük verir. Tərkibi: 2 paket biskvit 50 qram kərə yağı Kremi üçün: 400 qram labne pendiri 400 qram krem 2 ədəd yumurta 1 stəkan şəkər tozu 2 paket vanil 2 xörək qaşığı nişasta 2 xörək qaşığı un 1 ədəd limonun qabığı Limonlu sous üçün: 2 stəkan su 1 ədəd limonun qabığı və şirəsi 2 xörək qaşığı nişasta 6 xörək qaşığı şəkər tozu Qida boyası (çay qaşığının ucunda) Hazırlanması: Biskvitləri əzib toz halına salın. Üzərinə ərinmiş kərə yağını əlavə edin. Bir az yoğurun və keks qabına töküb əlinizlə bərkidin. Daha sonra soyuducuya qoyun. Kremi hazırlamağa başlayın. Labne pendiri ilə kremi qarışdırıb çalın. Üzərinə yumurtanı və şəkər tozunu əlavə edib çırpın. Sonda un, nişasta, sürtgəcdən keçirilmiş limon qabığı və vanil əlavə edin. Yaxşıca qarışdırıb soyuducudan çıxardığınız biskivitli...